Logo

Azərbaycanlı deputat: "Onlara qarşı savaş elan edilməlidir"

Azərbaycanlı deputat: "Onlara qarşı savaş elan edilməlidir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yanvarın 26-da AŞPA-nın qış sessiyasında Siyasi məsələlər komitəsi adından 

britaniyalı parlamentari Robert Valterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın

işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" sənədi əsasında 

qətnamənin qəbulu ermənipərəst qüvvələr tərəfindən əngəlləndi. Səsvermədə 

iştirak edən AŞPA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər 

əleyhinə səs verdi, 45 nəfər isə bitərəf qaldı.

Azərbaycanlı deputat: "Onlara qarşı savaş elan edilməlidir"
Səsvermədən sonra Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın 

Baltikyanı ölkələrlə dostluq qrupunun rəhbəri Eduard Şarmazanov Latviya S

eyminin vitse-spikeri, Latviyanın AŞPA-dalə nümayəndə heyətinin rəhbəri İnes 

Libina-Eqnereyə, Litva Seymində Litva - "DQR" dostluq qrupunun rəhbəri, 

Litvanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Daliya Kuoditeyə və Estoniyanın 

Ermənistanla parlament dostluq qrupunun rəhbəri Riyqikoq Mati Raydmaya

nümayiş etdirdikləri mövqeyə görə minnətdarlığını bildirdi.

Azərbaycanla münsibətləri heç də pis olmayan bu Baltikyanı ölkələrin 

deputatlarının məsələyə münasibəti hələ bir tərəfə qalsın, Litva parlamentində 

heç bir dövlət, hətta Ermənistanın özü tərəfindən də tanınmayan "Dağlıq Qarabağ 

Respublikası" adlı separatçı rejimlə əlaqələrə dair ayrıca dostluq qrupunun 

mövcud olması diqqətdən yayınmadı. Qeyd edək ki, adıçəkilən dostluq qrupu 

artıq təxminən 2 ildir ki, fəaliyyət göstərir və onun rəhbəri də cinsi orietasiyası

ilə heç də birmənalı qarşılanmayan Daliya Kuodite adlı qadın deputatdır.

Azərbaycanlı deputat: "Onlara qarşı savaş elan edilməlidir"

Milli.Az olaraq Azərbaycana dost olduğunu deyən dövlətin parlamentində 

separatçılarla dostluq qrupunun mövcudluğu ilə bağlı millət vəkili, Milli Məclisin 

Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü 

Fərəc Quliyevin münasibətini öyrəndik. Onun sözlərinə görə, Azərbaycan 

Dağlıq Qarabağ məsələsində haqlı olduğunu həmişə sübut edib. Bu, bütün 

beynəlxalq qurumlarda qəbul olunan qərarlarda, o cümlədən BMT-nin 4

qətnaməsində əksini tapıb və bu faktlar artıq hamıya aydındır. Amma buna

baxmayaraq, bəzi dövlətlər və təşkilatlar tərəfindən Azərbaycana qarşı yenə 

də qərəzli münasibət sərgilənir:

Azərbaycanlı deputat: "Onlara qarşı savaş elan edilməlidir"

"Belə çıxmasın ki, həmin o Baltikyanı ölkələrin parlamentlərində Azərbaycan 

həqiqətlərini, regiondakı vəziyyəti birmirlər. Yaxşı bilirlər. Baltikyanı ölkələrdə 

də hamının Azərbaycana qarşı münasibəti bu cür deyil. Məsələn, Litvanın 

eks-prezident Vitautas Landzberqis AVRONEST-in iclasında birmənalı şəkildə

Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın işğalçı ordusunun 

oradan çıxarılması məsələsini açıq şəkildə qoyan adamlardan biri olub. Bu gün də 

Litva parlamentində baş verənləri Litva dövlətinin, yaxud litvalıların münasibətindən 

daha çox orada olan bir qrup şəxsin mövqeyi kimi qəbul etməyə çalışırıq. Amma ən 

azından əgər Litvanın dövlət qurumunda separatçı rejimlə əlaqələr qurmaq üçün 

parlamentlərarası dostluq qrupu formalaşıbsa, təbii ki, buna o dövlətin rəhbərliyinin də, 

parlamentin də münasibəti olmalıdır. Yoxdursa, deməli, burada bir az da qərəz var".
Azərbaycanlı deputat: "Onlara qarşı savaş elan edilməlidir"

Millət vəkilinin fikrincə, Azərbaycan öz maraqları naminə bizə qarşı qərəzli olan 

dövlətlər və təşkilatlarla münasibətləri yaxşılaşdırmağa çalışmalıdır. Lakin elə 

məsələlər var ki, orada qətiyyən güzəştə getmək olmaz: "Biz həmişə deyirik ki, çox 

çalışmağımız, yaxşı işləməyimiz lazımdır. Amma mən bilmirəm daha nə etmək 

lazımdır ki, Azərbaycan tərəfi eləmir? Azərbaycan tərəfi hər şeyi edir. Hətta 

Azərbaycan tərəfi heç nə etməsəydi belə, onlar gözəl bilirlər ki, burada nə baş

verir. Çünki həqiqət Azərbaycanın yanındadır, onu heç təbliğ etməyə də ehtiyac 

yoxdur. Ona görə də, görünür, bu geosiyasi oyunlarda bir sıra amillərin təsiri hələ 

müəyyən qədər davam edəcək və böyük ehtimalla, biz yenə də oxşar mənzərələrlə

rastlaşacağıq. Ona görə də bizim daha çox güclənməyimiz və dost qruplar 

formalaşdırmağımız məcburi xarakter alıb. Çalışmalıyıq ki, olan dostlarımızı itirməyək 

və müəyyən qədər soyuqluq yaranmış beynəlxalq təsisatlarla və dövlətlərlə də

münasibətlərimizi istiləşdirək. Azərbaycan tərəfi Litva parlamentində ermənilərin 

separatçı rejimi ilə dostluq qrupunun yaradılmasına dair hələ 2 il əvvəl münasibət bildirib,

XİN nota verib. Sadəcə olaraq, bu iki dövlət arasındakı münasibətlərin növbəti mərhələsi

artıq daha kəskin diplomatik fazaya keçirilməsini, yaxud da diplomatik savaş elan 

edilməsini, embarqolar tətbiq edilməsini, əlaqələrin kəsilməsi səviyyəsinədək gedilməsini 

zəruri edir. Biz bu məsələlərdə güzəştli mövqe tutmamalıyıq. Çünki bu, artıq

Azərbaycanın şərəf işidir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR