Logo

Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır. 

Sfera.az report-a istinadən məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə dekabrın 27-də "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilmiş kollegiya iclasında məlumat verilib.

Kollegiyada dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamının icrası üzrə görülmüş işlərə toxunularaq azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron qolbaqların tətbiqi daim genişləndirilərək, artıq 500-dən çox məhkuma tətbiq edildiyi, ictimai işlər növündə cəzanın icrasında müsbət dönüşə nail olunduğu və təsirli nəzarətin həyata keçirildiyi vurğulanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR