Logo

Bu gün Azərbaycanın Milli Qəhrəmanının doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanının doğum günüdür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Azərbaycan Milli Qəhrəmanı, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Vəzir Orucovun doğum günüdür.

Sfera.az xəbər verir ki, Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta təhsilini Xoruzlu kənd orta məktəbində alıb. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub. 1975-ci ildə hərbi xidmətə çağrılıb, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdiribr. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçüb.

Xocalı qətliamından sonra Azərbaycana qayıdaraq Tərtər batalyonuna yazılan Vəzir Orucov qəhrəmanlıqlarla dolu döyüş yolu keçib.

O, 22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub. Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR