Son 3 gündə 23 milyon itirdik - Yuandan növbəti devalvasiya

Son 3 gündə 23 milyon itirdik -  Yuandan növbəti devalvasiya

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çin Mərkəzi Bankının (ÇMB) yuanın növbəti devalvasiyası qərarı nəticəsində daha 5,5 mln. ABŞ dolları itirib. 

Sfera.az "Report"a istinadən xəbər verir ki, ÇMB bu gün milli valyutanı daha 1,1 % devalvasiya edib. Bununla da ARDNF Çin istiqrazlarına 3 mlrd. yuan (500 mln. dollar) həcmində yatırdığı investisiya son üç gündə 23 mln. dollar dəyərdən düşüb.

Qeyd edək ki, ÇMB devalvasiya prosesi çərçivəsində son üç gündə yuanı 4,6% ucuzlaşdırıb. Bank bugünkü açıqlamasında "yuan valyuta bazarlarında özü üçün münasib məzənnə axtarışındadır" deyə bəyan edib. Bu açıqlama qlobal maliyyə bazarlarında yuanın hər an yeni devalvasiyaya məruz qala biləcəyinə işarə edir.

Məlumat üçün bildirək ki, yuanın devalvasiyası Uzaq Şərq ölkələrinin çoxunun milli valyutalarını devalvasiya etməsinə səbəb olub. Devalvasiya qərarları ölkələrin ixrac potensialının gücləndirilməsi məqsədi ilə qəbul olunur.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...