Logo

Fevralın ilk günündə Azərbaycanda dollar ucuzlaşacaq

Fevralın ilk günündə Azərbaycanda dollar ucuzlaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Mərkəzi Bankı gələn ayın ilk günü üçün yeni məzənnə açıqlayıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-nə olan USD/file/articles/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən ANS PRESS-ə verilən məlumata görə, USD/file/articles/AZN rəsmi məzənnəsi fevralın 1-də 1,5972 səviyyəsində müəyyən olunub. 

Bu gün isə dollar 1,6008 manata bərabər olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 29-na olan rəsmi məzənnəsinə görə, dolların bu günə olan qiyməti 1.6028-dən 1.6008-ə düşüb. 

Avrozonanın vahid valyutası olan avro isə 1.7495 manat olub. Rusiya rublunun dəyəri isə 0.0210 manat. 

Fevralın ilk günündə Azərbaycanda dollar ucuzlaşacaq

Azərbaycan 
Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb. 

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə 
manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR