Sillə kimi cavab - Müəllif Miri Yusifdir (EKSKLÜZİV MÜSAHİBƏ - YENİLƏNİB)
Sfera.az sizə MC Muradın (Murad Quliyev) Miri Yusiflə bağlı verdiyi açıqlamaları təqdim etmişdi. O, müğənni Miri Yusifin ifa etdiyi mahnıların müəlliflik hüququnun ona məxsus olduğunu açıqlamışdı. Bununla müğənni Miri Yusifin prodüseri Emin bəylə əlaqə saxladıq. O da suallarımıza cavab verdi.
- Miri Yusif.
Buna heç bir şübhə yoxdur?
- Xeyir. Bunun üçün bütün sübutlar var. Mahnı da Miri Yusifin adı ilə qeydiyyatdan keçib.
Murad Quliyev iddia edir ki, Miri Yusifi tamaşaçılara, dinləyicilərə o tanıtdırıb? Siz nə deyə bilərsiniz?
- Miri Yusifi bütün tamaşaçılar, dinləyicilər məndən də əvvəl tanıyır. Ona görə, tanıtdırmaq məsələsi bununla da bitir və bunun hazırki məhkəmə çəkişməsinə heç bir aidiyyatı yoxdur.
İkincisi, ortada mahnını satmaq məsələsi var. Ortada adamlar olub ki, bu mahnını Funda Arara satıblar. Bunun da məhkəməsi gedəcək. Bəzi dələduzluq faktları var. Sadəcə, Türkiyə tərəfi istəyir ki, bu iş onlardan çıxsın və azərbaycanlılar özləri bu işlə məşğul olsunlar. Belə deyil. Ona görə biz məhkəmə məsələsində axıra kimi gedəcəyik. Kimin nə deməsi artıq heç bir əhəmiyyət daşımır. Onlar həyəcana düşüblər. Gah müsahibə verirlər, gah da video çəkdirirlər. Bunlar hamısı boş şeydir.
Yəni, Siz hesab edirsiniz ki, bu videonun ortaya çıxması…?
- Bəli, Türkiyə tərəfinin işidir. Çünki, onlar görür ki, məhkəməyə veririk, əvəzində bunu çıxarıblar ortaya. Bu, Azərbaycan tamaşaçısını çaşdırmaqdır ki, bu yetim adamdır, üstündən küçək. Məlum işdir ki, bu yetim adamdır, biz onu məhkəməyə vermirik. Onunla, dələduzluqla bağlı Azərbaycan məhkəməsi məşğul olacaq. Biz Funda Ararı məhkəməyə veririk, onun da atası və anası ilə heç bir problemi yoxdur. Hamısı sağ-salamat yaşayır, şükür Allaha.
Burada söbət Miri Yusiflə Funda Arar arasında gedir. Hansısa 3-cü, 4-cü adamlardan söhbət getmir.






