Bürclər bu günə nə vəd edir?
Buğa- Bəxtinizdə səmərəli bir gün durur. Xoşxasiyyət adamlarla rastlaşacaqsınız. Bu, gələcək planlarınızın reallaşmasına kömək göstərə bilər. Ziyarətə getməyi də unutmayın.
Əkizlər- Yaxşı olar ki, bu təqvimdə əsas diqqətinizi sevgi amilinə yönəldəsiniz. Bu, rahatlığınızı təmin etməklə bahəm, növbəti günlər üçün də sevindirici məqamlarla üzləşəcəyinizə təminat verəcək.
Xərçəng- Hər mənada uğurlu bir gün yaşayacaqsınız. Bir tərəfdən iştirakçısı olduğunuz proseslərin ahəngdarlığı, digər tərəfdənsə şəxsi işlərinizdə dönüş yaranması ovqatınızı xeyli yüksəldəcək.
Şir- Aldanma ehtimalınız var. Bu səbəbdən də bələd olmadığınız insanların sözlərilə oturub-durmayın. Yarımçıq işlərinizi yekunlaşdırın. Nahardan sonra səhhətinizin qayğısına qalın.
Qız - Dekabr ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. İkitərəfli əməkdaşlıqda, maliyyə məsələlərində hər şey ürəyinizcə olacaq. Amma sevdiyinizə qarşı mülayimlik göstərməlisiniz.
Tərəzi - Astroloji göstəricilər ciddi işlərlə məşğul olmağınızı tövsiyə edir. Maliyyə durumunuzun düzəlməsinə az qaldığı üçün usanmamalısınız. Kənar təsirlərə isə qətiyyən aludə olmayın.
Əqrəb - Hazırkı enerjinizi mövcud reallıqdan çıxış yolu tapmağa həsr edin. Qəlbiqara adamlarla ünsiyyəti azaltmağa çalışın. Daha çox öz qərarınızla hərəkət edin. Boş yerə pul xərcləməyin.
Oxatan - Risk etmək məcburiyyətində qaldığınız güman olunur. Belə məqamlarda tərəddüd etməyiniz yersizdir. Əmin olun ki, cəsarətiniz hesabına çox şeyə nail ola bilərsiniz.
Oğlaq - Gözləmədiyiniz halda sizə dəstək verilə bilər. Bunun üçün aktivliyinizi birə-beş artırmalı, daxili süstlüyə qapılmamalısınız. Günün ikinci yarısında mərhumlarınızı yad edin.
Dolça - Yeni əlaqələr yaratmaq, görüşlər təşkil etmək və gələcək planları yenidən götür-qoy etmək üçün şanslarınız artacaq. Nahar ərəfəsində isə xoş təsadüflərlə rastlaşa bilərsiniz.
Balıqlar - Hər hansı fəaliyyət üçün qənaətbəxş vaxt olmadığından bu təqvimi daha çox istirahətə həsr etməyiniz məsləhətdir. Əgər ovqatınız imkan versə, yaxınlarınıza baş çəkməyə çalışın.






