2019-cu ilin BAYRAM GÜNLƏRİ
Kateqoriya məlum deyil
Baş nazir Novruz Məmmədov 2019-cu ildə ölkədə bayram günləri haqqında sərəncam imzalayıb.
Qərara əsasən, Novruz bayramı martın 20-24-də qeyd ediləcək.
Dini Ramazan və Qurban bayramları 5-6 iyun və 12-13 avqust tarixlərinə düşür. Bütün bu günlər qeyri-iş günü elan edilir.
23-24 mart tarixləri istirahət günlərinə düşdüyünə görə 25-26 mart da qeyri-iş günü olacaq.
Beləliklə, Novruz bayramında ardıcıl olaraq 7 gün - 20-26 mart qeyri-iş günü olacaq.Bu il 12-13 avqust istirahət günlərinə düşən Qurban bayramı ilə əlaqədar da ardıcıl olaraq dörd gün qeyri-iş günü olacaq.
Bundan başqa, Yeni İldə 1-2 yanvar, 8 mart (Qadınlar Günü), 28 may (Respublika Günü), 15 iyun (Milli Qurtuluş Günü), 26 iyun (Silahlı Qüvvələr Günü), 9 noyabr (Bayraq Günü), 31 dekabr (Dünya Azərbaycanlılarının Həmrəylik Günü) qeyri-iş günləri olacaq.
İstirahət günlərinə düşdüyünə görə Milli Qurtuluş Günü və Bayraq Günü ilə əlaqədar da ardıcıl olaraq 3 gün qeyri-iş günü olacaq.





