Logo

Bu gün şəhid Mahir Quliyevin doğum günüdür-Fotolar

Bu gün şəhid Mahir Quliyevin doğum günüdür-Fotolar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olun, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilən şəhid, Mahir Quliyevin doğum günüdür.

Əslən Şərur rayonunun Qorçulu kəndindən olan Mahir Quliyev 1993-cü ilin 21 dekabr günündə Bakı şəhərində anadan olub. Mahir Quliyev 2015-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

Əsgər Mahir Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Bu gün şəhid Mahir Quliyevin doğum günüdür-Fotolar
Bu gün şəhid Mahir Quliyevin doğum günüdür-Fotolar
Bu gün şəhid Mahir Quliyevin doğum günüdür-Fotolar
Bu gün şəhid Mahir Quliyevin doğum günüdür-Fotolar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR