Logo

Latviyanın “Kapitals” jurnalı Azərbaycana qarşı kobud səhvə yol verdi (EKSKLÜZİV+FOTO)

Latviyanın “Kapitals” jurnalı Azərbaycana qarşı kobud səhvə yol verdi (EKSKLÜZİV+FOTO)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Latviyanın məşhur “Kapitals” jurnalı Azərbaycanın paytaxtı Bakını erməni şəhəri kimi təqdim edib.

Jurnalın üz vərəqində Bakının “Alov qüllələri” Ermənistanın rəmzləri kimi təqdim edilib.

Qeyd edək ki, iqtisadiyyat, maliyyə, siyasət və cəmiyyətdən bəhs edən “Kapitals” nəşri 1998-ci ildə işıq üzü görüb.

Show.az saytının Latviya bürosu bu məsələ ilə bağlı “Kapitals” jurnalının redaksiyası ilə əlaqə saxlayıb. Redaksiyadan ilk növbədə bildiriblər ki, Bakının məşhur “Alov qüllələrini” Ermənistanın rəmzi kimi təqdim etmək təxniki səhvdir.

Sitat: “Jurnal çapa hazırlanarkən təkrar yoxlanılmayıb və redaktə edilməyib. Bilərəkdən buna heç bir səy də göstərilməyib”.

Redaksiyadan həmçinin qeyd ediblər ki, jurnalın növbəti sayında bu ciddi səhv haqqında geniş şəkildə məlumat veriləcək. Redaksiya üzvləri jurnalın yol verilmiş səhvə görə üzr istəniləcəyini də istisna etməyiblər.

Latviyanın “Kapitals” jurnalı Azərbaycana qarşı kobud səhvə yol verdi (EKSKLÜZİV+FOTO)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR