axşam.az-a açıqlama verən aparıcı məclisə az adam dəvət etdiyini bildirib. Özgür adlı türkiyəli iş adamı ilə ailə qurmağa hazırlaşan G.Məmmədova İstanbulda da toy olacağını bildirib:
"Bakıda xına gecəm oldu, bir də dostlarım, ailə tanışlarımız üçün kiçik məclis keçirdik. Uzun müddətdir ki, Azərbaycanda yoxam. Ona görə də çox adamı dəvət edə bilmədim. İstədiyim dostlarım yanımda oldular. Çağırdığım, amma qatılmayanlar da var idi. "Bağda ərik var idi, salam-əleyk var idi" məsəli... Bəzi çağırmadığım tanıdıqlarım da eşidib gəldilər. Hamısı sağ olsunlar. Şou-biznes əhlindən də mərd insanları gördüm. Uzun müddətdir efirdə yoxam. Çox adamı, hətta ANS-dəki keçmiş həmkarlarımdan bəzilərini də çağırmağa üzüm gəlmədi, utandım. Bir sözümlə gəlib iştirak edən sənət adamlarını gördüm. Rəqqasə Fatiməni çox sevirdim. Xınamı o apardı. O xanıma hörmətim daha da artdı. Böyük toy İstanbulda baş tutacaq. Bal ayına isti bir ölkəyə getməyi düşünürük".
G.Məmmədova aparıcılıq fəaliyyətindən də bəhs edib:
"Karyeramı Türkiyədə də davam etdirə bilərəm. İşimə görə mənə qadağa qoyulmayıb". 









