Bakıda top mərmisi tapıldı
Kateqoriya məlum deyil
Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatı aşkar olunub.
Sfera.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib və sursatın top mərmisi olduğu müəyyən edilib. Mərmini xüsusi ayrılan ərazidə zərərsizləşdiriblər.






