Logo

Azərbaycanlı sabiq icra başçısı azadlığa buraxıldı

Azərbaycanlı sabiq icra başçısı azadlığa buraxıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gürcüstanın Marneuli rayonunun sabiq rəhbəri, əslən azərbaycanlı Temur Abazov azadlığa buraxılıb.

"Report"un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib.

Gürcüstanın Baş Prokurorluğundan T.Abazovun 10 min lari məbləğində girov müqabilində azad edildiyi bildirilib.

Qeyd edək ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyirdi.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR