Logo

Dollarla kredit götürənlərə yardım ediləcək - Rusiyada

Dollarla kredit götürənlərə yardım ediləcək - Rusiyada
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Rusiya hökuməti xarici valyutada ipoteka krediti götürən və maliyyə vəziyyəti pisləşən vətəndaşlara yardım proqramını işə salır”.

Sfera.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

“Xarici valyutada ipoteka krediti götürən və çətin vəziyyətdə olan vətəndaşlara köməklə bağlı xüsusi proqram işə salınıb və bunun üçün 4,5 mlrd. rubl (60 mln. dollar) vəsait ayrılıb”, - Medvedev bildirib.

Hökumət başçısının sözlərinə görə, bu pullar Mənzil Krediti İpoteka Agentliyinin və yaşayış sahəsinin İnkişafı Fondunun birləşdirilməsi nəticəsində struktura daxil olub.

“Onlar müxtəlif kreditorlara yardıma yönləndiriləcək”, - baş nazir bildirib.

Qeyd edək ki, bu gün səhər 30 valyuta ipotekaçısı uşaqları ilə bərabər Nordea bankın Moskva filialının qarşısında piket keçiriblər. Xarici valyutada ipoteka götürənlərin köhnə məzənnə ilə ödəniş etməsi üçün müraciət ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR