Bakıda kişi özünü 10-cu mərtəbədən atdı
Kateqoriya məlum deyil
Bu gün səhər saatlarında Bakı şəhərinin Nizami rayonunda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, E.Süleymanov küçəsində (8-ci km bazarının yaxınlığı) yerləşən 14 mərtəbəli binadan 45-50 yaşlı kişi özünü atıb. O, hadisə yerindəcə keçinib.
İlkin araşdırmalar nəticəsində həmin şəxsin özünü 10-cu mərtəbədən atdığı məlum olub.
Ölən şəxsin kimliyi hələlik dəqiqləşməyib, araşdırmalar aparılır.






