Logo

Havanın temperaturu artacaq

Havanın temperaturu artacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanda dekabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR