“Vəzifəmə yalnız prezident xitam verə bilər”- İbrahim Məmmədov - Yenilənib

“Vəzifəmə yalnız prezident xitam verə bilər”- İbrahim Məmmədov -  Yenilənib

İbrahim Məmmədovun verilişinin heyəti dəyişdirilib, proqramı isə başqası aparır 

Son günlər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində baş verən qalmaqallar, işdən çıxarılmalarla bağlı mətbuatda informasiyalar yer almaqdadır. 

Bir müddət əvvəl də sədr Arif Alışanovla müavini İbrahim Məmmədov arasındakı narazılıqlar, hətta sədrin İ.Məmmədovun aparıcısı olduğu verilişin bütün işçilərini AzTV-dən çıxarması ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, Arif Alışanovun İ.Məmmədovu da işdən azad edə bilməməsinə səbəb aparıcının prezidentin sərəncamı ilə sədrə müavin təyin edilməsidir. Yəni, prezidentin sərəncamı ilə təyin olunan İ.Məmmədovu A.Alışanovun işdən çıxarmağa səlahiyyəti çatmır. 

"Qafqazinfo" xəbər verir ki, AzTV-dəki mənbədən aznews.az-a daxil olan məlumata görə, İ.Məmmədov xeyli müddətdir ki, işə gəlmir. Onun aparıcısı olduğu “Həftə” verilişinin də iki həftə efirə verilməməsi İbrahim Məmmədovun işdən çıxarılması ilə bağlı şübhələri artırıb. Lakin iki həftədən sonra “Həftə” dünən (16 avqust) efirə verilib. Maraqlı məqam isə odur ki, verilişi İ.Məmmədov deyil, AzTV-yə yeni təyinat alan Rövşən Raqifoğlu aparıb. 

Məsələ ilə bağlı Telekanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova AzNews.az-a bunları deyib: “İbrahim Məmmədov hazırda rəsmi məzuniyyətdədir. Ona görə də verilişi müvəqqəti olaraq R.Raqifoğlu aparır”. 

Telekanal sözçüsü verilişin iki həftə efirə getməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, veriliş yay tətilinə bağlandığı üçün efirdən yığışdırılmışdı. X.Qasımova “Həftə” verilişinin redaksiya heyətinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu deyib: “Həmin redaksiyada bəzi işçilərin müqavilə müddətləri bitib, yenilənməyib deyə işdən ayrılıblar, bəziləri isə başqa verilişlərə keçirilib. “Həftə” proqramına tam yeni heyət cəlb olunub”. 

Məsələni dəqiqləşdirmək üçün İbrahim Məmmədovla da əlaqə saxladıq. Aparıcı hazırda məzuniyyətdə olduğunu bildirib. O, “Siz məzuniyyətdə olduğunuz üçün verilişinizi həmkarınız aparır” sualına isə yenidən “Mən məzuniyyətdəyəm!” deyərək cavab verməkdən imtina edib.

***

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, “Həftə” analitik proqramının aparıcısı və müəllifi İbrahim Məmmədov son günlər  televiziyada baş verən qalmaqallar, efirdən uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O,  “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sədrin müavini postuna prezident İlham Əliyevin sərəncamı ilə təyin edilib: “Mənim  vəzifəmə yalnız prezident xitam verə bilər. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi yenə də işimin başında olacağam. Proqramın işçilərinin işdən çıxarılması məsələsi ilə bağlı isə heç nə deyə bilmərəm. Məzuniyyətdə olduğum üçün bu məsələlər barədə kanalın mətbuat xidməti açıqlama verə bilər”.


OXŞAR XƏBƏRLƏR

Tanzaniyada səkkiz nəfər qızdırmadan ÖLDÜ

Tanzaniyada Marburq qızdırmasına yoluxmuş doqquz nəfərdən səkkizi ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ümumdüny...

ABŞ rəsmilərinin “Güc vasitəsilə sülhə nail olmaq” tezisi nədən xəbər verir? - AÇIQLAMA

“Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək”. Bu barədə ABŞ Dövlət katibi En...

Məşhur bazarın yanındakı evlər də söküləcək - Kompensasiya nə qədər olacaq?

Keşlə bazarı kimi tanınan ticarət mərkəzi ilə yanaşı həmin əraziyə yaxın evlərin də söküntüsü planlaşdırılır.   Sfera.az milli.az-a istinadən xəbər v...

Çempionlar Liqasında həlledici görüş Bakıda keçiriləcək

FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının 3-cü, yəni ta...

“Milan” səfərdə qalib gəldi, “Yuventus”dan heç-heçə - VİDEO

İtaliya A Seriyasında 19-cu turdan təxirə salınmış oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, “Milan” “Komo”nu səfərdə məğ...

Naxçıvanda hərbi sursat aşkar edildi - FOTO

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonu, Yeni Kərki və Qabıllı kəndləri ərazisində hərbi sursatlar aşkar edilib.   Sfera.az xəbər verir ki,...