Logo

Yağış yağacaq - Sabahın hava proqnozu

Yağış yağacaq - Sabahın hava proqnozu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 7-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 7-8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi bəzi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti narahatlıq hissi yarada bilər.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR