Logo

Bakıda daha bir süpürgəçini maşın vurdu

Bakıda daha bir süpürgəçini maşın vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda süpürgəçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə səhər saat 07:00 radələrində paytaxtın Heydər Əliyev prospektində, "Bağırov” körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə,  xəstənin vəziyyəti ağırdır və reanimasiyada həkim nəzarətində saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR