Xəzərdə hədəflər raketlə belə vuruldu - VİDEO
Sərhəd mühafizəsinin yaranmasından 96 il keçir.
Sfera.az anspress-ə istinadən bildirir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Bakının Türkan qəsəbəsində yerləşən Sahil Mühafizəsinin komanda-idarəetmə mərkəzindən bildirdilər ki, buradan Xəzər dənizinin Azərbaycana aid olan hissəsində hərəkət edən üzmə vasitələrinə ciddi şəkildə nəzarət olunur. Əgər sularda tabe olmayan hədəflər olarsa, onlara qarşı tədbir görülməsi üçün dənizdəki gəmilərə tapşırıq verilir.
Bunları suda müşahidə etmək üçün Sahil Mühafizəsindən sərhəd gözətçi gəmilərindən biri ilə ölkənin şimal sərhədlərinə doğru yola düşdük. Heyətin müəyyən hazırlıq işlərindən sonra sərhəd gəmisi sularda hərəkətə başladı.
"Biz DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçisi olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus bölməsində dövlət sərhədinin, neft - qazçıxarma platformalarının, ixrac neft boru kəmərlərinin mühafizəsini və müdafiəsini təşkil etmək məqsədilə dənizdə xidmət təşkil edirik", - deyə sərhəd gözətçi gəminin kapitanı Zaur Salamov bildirib.
Dəniz sərhədçilərinin sularda daim gözlədiyi və diqqətdə saxladığı bu vacib amilin adını səfər boyu öyrəndim. Sularda görünən və tabe olmayan hədəf.
Hazırda sərhəd gözətçi gəmisi Xəzər dənizində hədəf aşkar edib, hədəf görünür. Hədəfin müəyyən edilməsi üçün həmin istiqamətə hərəkət olunur. Əgər hədəf müqavimət göstərsə, onların zərərsizləşdirilməsi istiqamətində işlər aparılacaq.
Xoşbəxtlikdən şimal sularında təhlükəli hədəf aşkar edilmədi.
Qurumdan əldə etdiyimiz eksklüziv kadrlar Sahil Mühafizəsi əməkdaşlarının yüksək peşə hazırlığından xəbər verir. İriçaplı silahlardan hədəfə doğru atəş açılır.
Raket qurğularından vurulan zərbələr də sərrastlığı ilə seçilir. Gecə atəşləri də hədəfə doğru tuşlanıb.
Qazaxıstan, İran ,Türkmənistan, Rusiya ilə dəniz sərhədləri olan Azərbaycanın dəniz sərhədçilərilə 6 saatlıq şimal səfərimiz zamanl gəmilərin iti sürətliliyini, mürəkkəb manevrlərini katerdən izlədik.






