Azərbaycanda qiymətlər bahalaşdı - 20-30 faiz - Fotolar

Azərbaycanda qiymətlər bahalaşdı -  20-30 faiz - Fotolar

Bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətləri sürətlə artırılır. Artıq mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək qaldırılıb. 

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, hələlik sonuncu olaraq məhsullarının qiymətini qaldıran “Azərsun” Holdinqdir. Ölkə bazarında kifayət qədər yer tutan və yerli məhsula olan tələbatın böyük hissəsini təmin edən “Azərsun” Holdinq avqustun 18-dən etibarən mağazalara verdiyi məhsullarının qiymətini dəyişib. 

Məsələn, çəkisi 100 qram olan 80 qəpiklik “Azərçay” artıq mağazaların vitrinlərində 1 manata qoyulub. Bu, məhsulun 25 faiz bahalanması deməkdir. Holdinq bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırıb.

Qeyd edək ki, “Azərsun” Holdinq ölkə bazarına “Bizim süfrə”, “Azərduz”, “Pasha”, “Super Sun”, “Bostan”, “Berqa”, “Aura”, “Bizim tarla”, “Sun”, “Möcüzə”, “Teksun”, “Saville” markaları ilə çeşidli məhsullar çıxarır. 

Mağaza işçiləri ilə söhbətimizdə qiymətləri qalxan digər məhsullarla da bağlı məlumatlar öyrəndik. 

Qiymətləri ilk olaraq qaldıran şirkətlərdən biri “Prokter & Gembl Azərbaycan Servisləri” MMC-dir. Bu MMC-yə məxsus məhsulların qiymətləri 35 faiz qaldırılıb. 

Qeyd edək ki, “Prokter & Gembl Azərbaycan Servisləri” MMC bazara “Oral-B Pro-flex” diş fırçası, “Duracell” batareyası, “Ariel” yuyucu tozu, “Blend-a-med Pro-expert” diş məcunu, “Pampers” və bir çox məhsullar çıxarır.

Son 5 gün ərzində qiymətləri bir neçə dəfə qaldıran firma isə “Milla” süd məhsullarıdır. Belə ki, ötən həftənin son günündə qiymətləri 10 faiz qaldıran “Milla” avqustun 17-də qiymətləri növbəti dəfə 5 faiz artırıb. Hazırda “Milla” süd məhsulları minimum 15 faiz bahalaşıb.

Qiymətləri qaldıran böyük firmalar arasında “Avrora” da var. Bu firma Azərbaycanda makaron, biskvit, peçenye kimi şirniyyat məhsullarının istehsalı, pərakəndə və topdansatışı ilə məşğul olur. Bazarda kifayət qədər tanınmış “Tanelli”, “Doymak”, “Laferella” markalı makaronlar bu firmanın məhsullarıdır. “Avrora” firması qiymətləri 15-25 fazi arasında qaldırıb.

“Səba” firması da toyuq məhsullarının qiymətini 15-20 faiz bahalaşdırıb. 

“Cahan” Holdinqin məhsullarının da yaxın günlərdə bahalaşacağı gözlənilir. 

Qeyd edək ki, bir neçə gün əvvəl “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) istehsal etdiyi məhsulların daxili bazarda satış qiymətlərinin artırılması təklifi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. 

Xatırladaq ki, bu ilin fevral ayında manatın 35 faiz devalvasiyası zamanı qiymətlərin də qalxacağı deyilirdi. Lakin ölkə rəhbərliyinin məsələyə müdaxiləsindən sonra qiymət artımlarının qarşısı alındı. Qiymətlərin növbəti artım mərhələsi kimi Bakıda keçirilən I Avropa Oyunlarının sona çatması göstərilirdi. Gəzən söz-söhbətlərdə qiymətlərin I Avropa Oyunlarından sonra qalxacağı deyilirdi. Və gözlənilən oldu.

Mağaza satıcıları ilə söhbətimizdə onu da eşitdik ki, qiymətləri ilk qaldıran firmalar I Avropa Oyunlarına sponsorluq edən firmalar olub. Bunların siyahısında “Milla”, “Prokter & Gembl Azərbaycan Servisləri” MMC, “Azərsun” Holdinq ilk sıralardadır.


OXŞAR XƏBƏRLƏR

Qəza yerindən daha bir qara qutu tapıldı

Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən daha bir qara qutu tapıb.   Sfera...

Təyyarə qəzasında həlak olanlardan 4 nəfərin nəşi Bakıya gətiriləcək

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxı...

Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Azərbaycan vətəndaşı Məmmədov Vüsal Şahmalı oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib.   Bu bar...

Qəzada sağ qalan sərnişinlərdən 7 nəfər Bakıya gətirilib

"AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə xilasedicilər, Səhiyyə Nazirliyinin peşəkar həki...

Həlak olan 38 nəfərdən 10-nun şəxsiyyəti müəyyənləşdi

Azərbaycana məxsus təyyarənin qəzaya uğradığı ərazidə meyitləri aşkarlanan 38 nəfərdən 10 nəfərin şəxsiyyəti müəyyənləşib.   Sfera.az xəbər verir ki,...

Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilmədi

Gürcüstanın Batumi şəhərindən Moskvaya uçmalı olan Rusiyanın "Azimut" aviaşirkətinin təyyarəsi havaya qalxa bilməyib.   Sfera.az xəbər veri...