Logo

Bakıda dizel yanacağı ilə işləyən avtobuslar ləğv edilə bilər

Bakıda dizel yanacağı ilə işləyən avtobuslar ləğv edilə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda dizel yanacağı ilə işləyən avtobuslar istifadədən çıxarıla bilər.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistlər Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı bildirib.

V.Kərimli deyib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb.

BNA rəhbəri qeyd edib ki, həmin tələblər hökumətə təqdim olunub: "Tələblərdən biri də 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillərdən ibarət olmasıdır. Bizim üçün ətraf mühit vacibdir".
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR