Bakıya hər ay yeni avtobuslar gətiriləcək
Kateqoriya məlum deyil
Gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı deyib.V.Kərimli qeyd edib ki, yeni gətiriləcək avtobuslardan 280-i 12 metr, 20 ədədi isə 18 metr uzunluğundadır.
Agentlik rəhbəri bildirib ki, 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq./trend





