Türkiyə 8 şəhid verdi - Sərdar Ortaç konsertini ləğv etdi
Kateqoriya məlum deyil
Türkiyəli müğənni Sərdar Ortaç İzmirdə verəcəyi konsertini təxirə salıb.
Sfera.az Atv.az-a istinadən xəbər verir ki, ifaçı bu gün 8 əsgərin şəhid olmasından sonra alınan qərar barədə sosial şəbəkədə məlumat yayıb: "Bu gün yaşadığımız ağrılı hadisələrə görə, İzmir Arenada olacaq konsertimiz ikinci dəfə təxirə salınır", - deyə, müğənni qeyd edib.
Sfera.az






