Logo

Agentlikdən sürücü və sərnişinlərə xəbərdarlıq!

Agentlikdən sürücü və sərnişinlərə xəbərdarlıq!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Küləkli hava şəraiti ilə bağlı sürücü və sərnişinlərə

Bakı Nəqliyyat Agentliyi küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Agentlikdən Sfera.az-a bildirilib ki, hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları tövsiyə edilir.

Həmçinin Nəqliyyatı Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini məsləhət olunur.

Sürücülərə isə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR