Logo

Türk lirəsi can verir - tarixi minimum

Türk lirəsi can verir - tarixi minimum
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Səbəblər açıqlandı.

Bir dolların 3 lirəyə (TL) yaxınlaşmasına 6 qəpik qalıb.

Sfera.az atv.az-a istinadən xəbər verir ki, günə 2,89 səviyyəsində başlayan dollar/TL 2,94 aşaraq tarixi minimumu təzələyib.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımına gedəcəyini gözlədikləri ilə bağlı açıqlamasından sonra lirə dollar qarşında ucuzlaşmağa başlayıb.

Bundan əlavə avro da lirə qarşısında bahalaşıb.

Belə ki, indi 1 avro 3,2156 lirəyə bərabərdir.

Məlumat üçün bildirək ki, 8 iyunda keçirilən parlament seçkiləri ərəfəsində də lirə dollar qarşısında ucuzlaşmış və rekord minimuma enmişdi.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR