Logo

“Zapravka”dakı partlayışda yaralananların vəziyyəti necədir? - Bakıdan həkim briqadası gedib

“Zapravka”dakı partlayışda yaralananların vəziyyəti necədir? - Bakıdan həkim briqadası gedib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tərtər rayonunda yanacaqdoldurma məntəqələrinin birində baş verən partlayış nəticəsində yaralanan şəxslərin vəziyyəti ağırdır.

Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə zamanı xəsarət alan iki nəfər rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan birinin bədən səthi 100, digərinin isə 70-80 faiz yanıb. Bununla bağlı həkim briqadası Bakıdan Tərtərə yola düşüb.
 
Bundan başqa, partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub. 

"Report"un yazdığına görə, bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.  

Faktla bağlı araşdırma aparılır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR