VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir
Beləliklə, VTB (Azərbaycan) kart istifadəçiləri NIKOIL Bank, AzərTürk Bank və Bank of Baku kimi yerli bankların 90-dan çox bankomatlarından yararlana bilər. Bundan başqa, VTB (Azərbaycan) müştərilərinə Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid ATM-dən pul vəsaitlərini banklararası komissiyasız nağdlaşdırmağa imkanı verir.
"Bankın qarşısında duran əsas məsələlərdən biri ödəniş kartları xidmətlərini daim yaxşılaşdırmaqdır. Tərəfdaş bankların terminalları vasitəsilə bankomat şəbəkəsinin genişləndirilməsi VTB (Azərbaycan) kart sahibləri üçün yalnız paytaxtda deyil, eləcə də bölgələrdə bank xidmətlərindən yararlanma imkanlarını artıracaq”, – deyə bank VTB (Azərbaycan)-ın ödəniş kartları idarəsinin rəisi Gülşən Əfəndiyeva bildirib.






