Logo

Keçmiş polis bıçaqlandı

Keçmiş polis bıçaqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gecə saatlarında Bakının Xətai rayonunda keçmiş polis əməkdaşı bıçaqlanıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya içkili vəziyyətdə olan naməlum şəxs gətirilib. Onun bıçaqlandığı məlum olub. Əməliyyat olunan yaralının həyatı xilas edilib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırmalar nəticəsində yaralının 33 yaşlı Samir Cəfərov olduğu müəyyən edilib. O, keçmiş polis əməkdaşıdır. Yaralı ilkin ifadəsində bildirib ki, onu metronun "Əhmədli" stansiyasının qarşısında tanımadığı şəxs bıçaqlayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR