Facebook-dan Azercell-ə zərbə: 375 minlik səhifə bağlandı
Hazırda Azercell-in rəsmi Facebook səhifəsinə daxil olmaq mümkün deyil. Sfera.az xeberler.az-ın apardığı araşdırmaya istinadən bildirir ki, hazırda saytın rəsmi səhifəsinə giriş məhdudlaşdırılıb. Səhifəyə daxil olduğunuz zaman isə istifadəçilərə belə bir xəbərdarlıq göndərilir: “Üzr istəyirik, hazırda səhifəyə daxil olmaq mümkün deyil. Ola bilsin ki, sizin daxil olduğunuz linkdə problem var və yaxud həmin səhifə mövcud deyil” Məlumat üçün bildirək ki, səhifədə 375 715 bəyənmə var idi və 2 682 nəfər həmin səhifə haqqında danışırdı. Qeyd edək ki, Azercell Telekom" MMC-nin sosial şəbəkələrdə aktiv fəaliyyəti beynəlxalq səviyyədə tanınıb. Sosial medianın monitorinqini keçirən nüfuzlu "Socialbakers" tədqiqat mərkəzi bu fəaliyyətinə görə mobil operatoru xüsusi sertifikata layiq görüb. 2012-ci ildə Azercell-in Facebook səhifəsi Azərbaycan İnternet Forumu (AİF) tərəfindən Azərbaycan dilli internet resursları arasında keçirdiyi “MilliNet” Mükafatı müsabiqəsində “Sosial şəbəkələrdə ən yaxşı səhifə” nominasiyasının qalibi olub. Mövzuya qayıdacağıq.






