Müsəlmanlar üçün iqamətgah tikilir – Batumidə

Müsəlmanlar üçün iqamətgah tikilir –  Batumidə

Batumidə yerli müsəlman icmasının müftisi üçün yeni iqamətgah və mədrəsə tikiləcək. 

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib. Baş nazir Batumidə yeni istifadəyə verilən “Kolizey” mehmanxanasının açılışında iştirak edib, müfti üçün tikilən iqamətgahda və mədrəsədə inşaat işlərinin gedişi ilə tanış olub.

İ.Qaribaşvili deyib ki, dini icmalar üçün iqamətgah və ibadət yerləri hökumətimizin təşəbbüsü ilə tikilir. Bundan əvvəl yerli müsəlmanlara, digər etnik azlıqlara kifayət qədər diqqət yetirilmirdi. Bidzina İvanişvilinin hakimiyyətdə olduğu qısa müddətdə dini işlər üzrə Dövlət Agentliyi yaradıldı. Biz həmin təşəbbüsü inkişaf etdirməklə ölkəmizdəki dini icmalara diqqət və qayğı göstəririk. Bu, bizim siyasətimizin əsasını təşkil edir.

“İnanırıq ki, Batumidə inşa olunan iqamətgah və mədrəsə müsəlmanlar üçün çox gözəl və nümunəvi mərkəz olacaq”, - deyə İrakli Qaribaşvili əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...