Logo

Həbs olunduğu deyilən eks-nazir oğlu ilə bağlı - Açıqlama

Həbs olunduğu deyilən eks-nazir oğlu ilə bağlı - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərov Beynəlxalq Banka borcu olması ilə bağlı qardaşı oğlu haqqında həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.

Eks-icra başçısı “qafqazinfo”ya açıqlamasında Vüqar Ələkbərovun həbs edilmədiyini və yayılan xəbərin yalan olduğunu bildirib.

***

Virtualaz.org saytı isə xəbərə aydınlıq gətirmək üçün Vüqar Ələkbərovun özünə müraciət edib. V.Ələkbərov barəsində yayılan bu informasiyaları qəti şəkildə təkzib edərək bildirib ki, hazırda ailəsinin yanında, evdədir.

“Məni nəinki həbs etməyiblər, hətta heç yerə, heç bir istintaqa çağırmayıblar. Mən istintaqa cəlb olunmamışam. Bütün deyilənlər yalandır. Nə mənim özümün, nə də “İmprotex”in Beynəlxalq Banka borcumuz yoxdur” - deyə V.Ələkbərov bildirib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR