“Aralı dur, səndən iy gəlir” – İdarə rəisindən su tələb edən sakinə

“Aralı dur, səndən iy gəlir” –  İdarə rəisindən su tələb edən sakinə

Bu gün Zığ kəndinin sakinləri aksiya keçirib. Sfera.az musavat.com-a istinadən xəbər verir ki, kənd sakinlərinin aksiya keçirmələrinin səbəbi 23 ildir şirin suya həsrət qalmalarıdır. İllərdir get-gələ salınan kənd sakinlərinin müraciət etmədiyi qurum qalmayıb. 

Kənd sakinləri bu il Avropa Oyunlarından bir neçə gün əvvəl aksiya keçirərək etirazlarını bildirmişdilər. Bundan sonra kəndə su çəkiləcəyi söz verilmişdi. Belə də olub. Bu ilin iyun ayının əvvəlindən kəndə su xətti çəkilib, amma çox az bir hissəsinə. Yeni çəkilən su xətti yarıda dayandırılıb. Sakinlər buna etiraz edərək yenidən kənd mərkəzində toplaşıblar. 

Sakinlərlə görüşə gələn "Azərsu" ASC-nin tikinti departamentinin rəisi Səid Salayev, Zığ qəsəbə nümayəndəliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə sakinlər arasında gərginlik yaşanıb. Səbəb Səid Salayevin ayrılan vəsaitin bitdiyini və yenidən vəsait ayrılacağı halda işlərin davam etdiriləcəyini deməsi olub.

Sakinlər illərdir aldadıldıqlarını, verilən vədlərə inanmadıqlarını deyərək etirazlarını bildiriblər. 

Səid Salayevin kənd sakinləri ilə danışığı zamanı maraqlı anlar yaşanıb. Etiraz edən sakinlərin qəzəbli olduğunu görən “Azərsu” rəsmisi ilə sakinlər arasında fərqli dialoqlar yaşanıb. 

S.Salayev sakinlərdən biri ilə dialoqunda ondan aralı durmasını tələb edib. Səbəb olaraq isə kənd sakinindən iy gəlməsini göstərib.

Başqa bir dialoqda isə S.Salayev kənd sakininə onunla danışarkən siqareti yerə atmasını tələb edib. Kənd sakininin cavabı isə belə olub: “Niyə atmalıyam? Mənə siqaret almısan ki?”.


OXŞAR XƏBƏRLƏR

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...