Mərkəzi Bankdan dollar ajiotajı ilə bağlı - Açıqlama

Mərkəzi Bankdan dollar ajiotajı ilə bağlı -  Açıqlama

Azərbaycan Mərkəzi Bank (AMB) valyuta bazarında ajioatjı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərib. 

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, AMB kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə edib. “Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhali arasında ajiotaj yaranıb. Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Bu ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank rəhbərliyi tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün“, - deyə məlumatda vurğulanıb.

Mərkəzi Bankın bu tələbinə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir.    

Qeyd edək ki, Mərkəzi Bankın tələbinə əsasən valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% yuxarı və yaxud aşağı ola bilər. 


OXŞAR XƏBƏRLƏR

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...