Logo

Bakıda məşhur oteldə adam öldü - VİDEO

Bakıda məşhur oteldə adam öldü - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının məşhur otellərindən olan "Baku Boulevard hotel"də ölüm hadisəsi baş verib.

Sfera.az azxeber.com-a istinadən xəbər verir ki, oteldə baş tutan nişan mərasimində iştirak edən qonaqlardan birinin səhhəti qəflətən pisləşib və o yerə yıxılıb.

Otel işçiləri dərhal təcili tibbi yardımı hadisə yerinə çağırsa da, həkimlər 40 dəqiqə sonra otelə giriblər. Xəstəyə ilkin tibbi yardım göstərilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb.

Şahidlərin dediyinə görə, həkimlərin hadisə yerinə olduqca gec gəlmələrinə görə 48 yaşında olan kişi dünyasını dəyişib.

***

BAKU.WS-in məlumatına görə, Baku Boulevard hoteldə keçirilən nişan mərasimindən vəfat edən şəxsin kimliyi müəyyənləşib. Həmin şəxs Verdiyev Firdovsidir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR