Soyadlarınızı indidən dəyişin ki...

Soyadlarınızı indidən dəyişin ki...
"Azərbaycanda soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdim olunan sənəd müzakirə olunur".

Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, sənəd müzakirədə olsa da və bu məsələ ilə əlaqədar hələlik yekun qərar və ya sərəncam olmasa da, hər halda müzakirələrin gedişi cəmiyyətə təsir edib: "Bu baxжmdan hazırda bir sərbəstlik var. Kim istəsə soyadını dəyişdirə, milliləşdirə bilər. Bunun üçün elə bir maneə yoxdur. Amma yeni qərar və ya sərəncam olarsa, bu proses daha da kütləviləşər. Yəni, qərar və ya sərəncam olandan sonra insanlar "ov", "yev" soyadını dəyişməlidir. Burada daha sadə variant odur ki, təklif olunan "lı", "li", "lu", "lü" (məsələn, Məmməd Həsənli), "zadə" (Məmməd Həsənzadə), "oğlu" (Məmməd Həsənoğlu), "gil" (Məmməd Həsəngil), "soy" (Məmməd Həsənsoy) sonluqları ilə bitən və şəkilçisiz (Məmməd Həsən) soyad formalarından götürmək olar. Bundan əlavə, Nazirlər Kabinetinə verilən tövsiyələrdə belə bir imkan da nəzərdə tutulur ki, soyadını tamamilə dəyişə bilərsən. Məsələn, yaşadığın kəndin, rayonun, şəhərin adını da soyad kimi qəbul edə və ya yeni soyad kimi götürə bilərsən".

N.Cəfərov qeyd edib ki, soyadların dəyişdirilməsi milliləşdirilmə məqsədilə həyata keçirilir: "Yəni "ov", "yev" soyad sonluqları Sovet dövründə kütləvi şəkildə insanlara verilib. Bu soyad sonluqları ruslaşdırılmış soyadlarıdır. Millət öz soyad forması ilə tanınmalıdır".

N.Cəfərov Nazirlər Kabinetinin qərar qəbul edəcəyi halda diplomlarda, hərbi biletlərdə və digər sənədlərdə soyadların dəyişdirilib-dəyişdirilməməsi məsələsinə də aydınlıq gətirib: "Bu prosesin dünyanın bir çox ölkələrində praktikası var. Amma eyni zamanda, hər bir insanın keçmişi var və insanların o zamana qədərki sənədləri öz formasında qala bilər. Kim istəsə, onlar da dəyişə bilər, amma məcburi olmayacaq". Trend
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...