Azərbaycanlı kriminal avtoritet azadlığa çıxdı

Azərbaycanlı kriminal avtoritet azadlığa çıxdı

Rusiyanın Çelyabinsk Şəhər Məhkəməsi azərbaycanlı kriminal avtoritet İlham Osmanov barəsində çıxarılmış həbs-qətimkan tədbirini dəyişdirib və onu ev dustaqlığına buraxıb. 

Sfera.az virtualaz.org saytına istinadən xəbər verir ki, İlham Osmanov reketlikdə ittiham olunur və bu ilin martında həbs edilmişdi.

İlham Osmanovla birlikdə onun iki əlaltısının -  Kiriçenko və Mitryasovun da barəsində çıxarılmış həbs-qətimkan tədbiri dəyişdirilib.

İlham Osmanov Çelyabinskdə azərbaycanlı biznesmenə qarşı reketlik edərək ondan 11 milyon rubl və “Volksvagen Passat” avtomobilini alarkən həbs edilib. Həbs olunarkən onun üzərində səsboğucuya malik tapança tapılıb.

Prokuror kriminal avtoritetin barəsində çıxarılmış həbs qərarının qüvvədə qalmasında israr etsə də məhkəmə müdafiə tərəfinin vəsadətini təmin edib.

Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Osmanov Çelyabinsk vilayəti üzrə “smotryaşi”dir və Oleq Aşxabadski ləqəbli kriminal avtoritetlə yaxın təmasda olub.

Oleq Aşxabadski həbs olunaraq Ermənistana deportasiya edilsə də hazırda bu ölkədən Cənubi Uraldakı kriminalitetə rəhbərlik edir.


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...