Bu bank dollar kreditlərini manata çevirir

Bu bank dollar kreditlərini manata çevirir

Banklar, baş verə biləcək devalvasiyadan sığortalanmaq üçün ekspertlərin “dollar kreditlərinin manata çevrilməsi təklifini” reallaşdırmağa başlayırlar.

Adının açıqlanmasını istəməyən mənbənin “Marja”ya verdiyi məlumata görə, artıq “Bank Respublika” ASC dollarda olan kreditləri manata çevirir. Mənbə bildirib ki, müştərilər banka çağrılaraq kreditin manata konvertasiya olunması təklif olunur. 

“Bank Respublika” ASC-nin Mətbuat xidmətindən məlumat “Marja”ya təsdiq edilərək bildirildi ki, Fevral devalvasiyasından sonra belə bir təşəbbüs irəli sürülüb:

“Hazırda bəzi müştəriləri banka dəvət edərək dollar kreditlərini manata çevirməyi təklif edirik. Proses mövcud məzənnə ilə həyata keçirilir. Qeyd edim ki, bu proses kütləvi şəkildə həyata keçirilmir. Müştəri qiymətləndirildikdən, onun riskləri nəzərə alındıqdan sonra kreditinin manata çevirilməsinin mümkünlüyünə qərar verlir. Bu mərhələdən sonra müştəri banka dəvət olunur”.

Mətbuat xidmətindən qeyd edildi ki, Bank öz sabitliyinə və ehtiyatlarına güvənərək belə bir addım atıb.

Bankdan əlavə olaraq bildirildi ki, hazırda Bank Respublika həm dollarda, həm də manatda kreditlərin verilməsini davam etdirir. Dollar kreditləri 21%-dən, manat kreditləri isə 23%-dən başlayan faizlər ilə təklif olunur.

Qeyd edək ki, dollar kreditlərinin manata çevrilməsi əhalinin xeyrinədir. Baş verə biləcək devalvasiya zamanı kredit borcu olanların borc yükü artmayacaqdır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...

Əhmədovun 500 milyonluq yaxtasına həbs qoyulub? - Şok faktlar

Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istin...

Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə bağlı sabahdan avtonəql...