Müəllimlər üçün şad xəbər

Müəllimlər üçün şad xəbər

Azərbaycan vətəndaşlarının əsas problemlərindən biri mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Prezidentin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə ipoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsaitin ayrılacağını açıqlaması evsiz insanlar üçün şad xəbər oldu.

Ekspertlər hesab edir ki, bu vəsait çox sayda ailənin evlə təmin olunmasına gətirib çıxaracaq. Lakin nəzərə almaq lazımdır ki, ipoteka şərtləri də çox ağırdır. Məsələn, şərtlərdə maaşın yüksək olması müəllim və həkimlərin bu kreditlərdən faydalanmasının qarşısını alır.


Sfera.az Gecce.az-a istinadən xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına deyib ki, məsələ yaxın vaxtlarda öz həllini tapacaq: “Bu barədə cənab prezidentin göstərişi var. Hökumət Mərkəzi Bankla birgə ipoteka şərtlərinin yüngülləşdirilməsi, imkanların dəyərləndirilməsi üzərində işləyir. Yəqin ki, yaxın vaxtlarda nəticələri görəcəyik”. 

Musa Quliyevin fikrincə, müəllim və həkimlərin sosial ipotekadan yararlanması üçün xüsusi şərtlər müəyyənləşdirilməlidir: “Müəllim və həkimlərin də ipoteka kreditindən yararlanması məsələsi çox vacibdir. Onların sosial ipoteka imkanlarını genişləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, sosial ipoteka alan şəxslərin siyahısında müəllim və həkimlərin adı yoxdur. Bu zümrədən olanlar həm az maaş aldıqlarına, həm də dövlətin, cəmiyyətin inkişafında xüsusi xidmətləri olduğuna görə dövlətin onlara dəstəyi mütləqdir.

Hesab edirəm ki, bu vacib, yerində edilən təklifdir və hökumət də bunun üzərində düşünməlidir. Müəllimlərin və həkimlərin sosial ipotekadan yararlanması üçün xüsusi şərtlər müəyyənləşdirilməlidir.

Bununla onların da uzunmüddətli kreditdən yararlanması və mənzil şəraitinin yaxşılaşdırılması mümkündür. Məncə, bu, sözügedən peşə sahiblərinə yüksək hörmətin nəticəsi olacaq”. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...