Jurnalisti öldürən şəxs özünü güllələdi

Jurnalisti öldürən şəxs özünü güllələdi

ABŞ-ın Virciniya telekanalının iki jurnalistini canlı efirdə öldürən şəxs sonradan özünü də vurub. 

Sfera.az azadliq.org-a istinadən xəbər verir ki, 41 yaşlı Vester Lee Flanagan həmin WDBJ7 TV kanalının keçmiş işçisi olub. Peşəkar təxəllüsü Bryce Williams olan bu şəxs özünü vurarkən avtomobilində polis tərəfindən mühasirəyə alınıbmış. O bundan 8 saat əvvəl WDBJ7 TV kanalının aparcıısı Alison Parker-i və operator Adam Ward-u canlı efir zamanı odlu silahdan atəş açmaqla öldürmüşdü. Lakin intihar etməzdən əvvəl o jurnalistləri öldürdüyü səhnəni əks etdirən videonu internetə yükləmişdi. Flanagan-ın tvitter hesabı göstərib ki, o öldürdüyü keçmiş həmkarlarına düşmənçilik bəsləyirmiş. 

ABC News kanalı xəbər verib ki, Flanagan tərəfindən göndərildiyi güman edilən 23 səhifəlik faks alıb. Bu məktubda jurnalistlərə hücumun bu ilin əvvəllərində afro-amerikalıların kilsəsinə ağdərili silahlı tərəfindən edilən basqına cavab olduğunu bildirib. Flanagan məktubda həmçinin keçmiş iş yerində üzləşdiyi irqçılıkdən və qısnamalardan gileylənir.Çəkiliş zamanı jurnalistin suallarına cavab verən qadın hazırda xəstəxanadadır. Onun vəziyyəti ağır olsa da, sabitdir. Flanagan-ın keçmiş rəisləri bildiriblər ki, o “kollektivdə işləməsi çətin olan bədbəxt birisi” olub. Bu da bəlli olub ki, Flanagan işdən azad ediləndə, onu telekanalın binasından polis müşaiyəti ilə çıxarıblarmış.

WDBJ7 telekanalının başqa bir aparıcısı - Chris Hurst bildirib ki, o öldürülən jurnalist, xanım Parkerlə sevgi münasibətlərində olub. Hurst özünün Facebook hesabında sarsıldığını yazır.

“Biz 9 ay idi ki, birlikdə yaşayırdıq. Avqustun 24-də onun ad gününü də birlikdə qeyd etmişdik. Evlənmək istəyirdik. Bu mənim həyatımın ən xoşbəxt çağları idi. Mən indi daşa dönmüşəm…” – yazıb aparıcı.

Siyasi təhlilçilər bildirirlər ki, Virciniyada baş vermis bu qanlı hadisə Amerika cəmiyyəti üçün iki ən ağrılı məsələni yenidən siyasi gündəmə gətirəcək. Bunlardan biri irqçiliyin təzahürləri, digəri isə odlu silahların sərbəst satışıdır. Ağ Evin sözçüsü Josh Earnest jurnalistlərlə söhbəti zamanı şəxsi silahlara nəzarət barədə yeni qanun layihəsinin qəbul olunmasına çağırıb. O deyib ki, yalnız Konqresin həll edə biləcəyi sağlam düşüncə tələbləri var. 


OXŞAR XƏBƏRLƏR

Qarabağa səfər edənlər “E-Polis”dən icazə ala bilər

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı ol...

Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş...

Xəbər verdiyimiz kimi, Yevlaxın Aran qəsəbəsində evdən ata və qızının meyiti tapılıb. Bu hadisə ölkədə ciddi rezonansa səbəb olub.   Sfera.az xəbər v...

Nyu-York su altında qaldı - Fövqəladə vəziyyət elan olundu - FOTO

ABŞ-nin şərq sahilini vuran güclü fırtınalar Nyu-York və ətraf ərazilərdə həyatı iflic edib. Şəhərdə metrolar, küçələr və nəqliyyat infrastrukturu su altında qa...

İpotekada olan evlərin satışında yeni QAYDALAR

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin...

“Sülh vaxt tanımır” – Putin Ukrayna barədə danışdı

Rusiya Prezidenti Vladimir Putin Valaam adasına səfəri zamanı Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib.    Sfera.az xəbər verir ki, Kremlin m...

İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu – FOTO

İran dövlət televiziyasında "IRIB News"un tanınmış xəbər aparıcısı Səhər Emami "X" sosial şəbəkəsində etdiyi paylaşımla gündəmə gəlib. &n...