İş axtarırsınız?

İş axtarırsınız?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə 2 rayonda Əmək yarmarkaları təşkil olunacaq. 

Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, əmək yarmarkalarının avqustun 28-də Şirvan şəhərində və Kürdəmir rayonunda keçirilməsi planlaşdırılır. İlkin məlumatlara görə, yarmarkalar zamanı Şirvan şəhərində 38 müəssisə üzrə 280, Kürdəmir rayonunda isə 55 müəssisə üzrə 200-dən çox boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri təqdim olunacaq. Qeyd edək ki, işəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirlər zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq.


OXŞAR XƏBƏRLƏR

Qarabağa səfər edənlər “E-Polis”dən icazə ala bilər

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı ol...

Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş...

Xəbər verdiyimiz kimi, Yevlaxın Aran qəsəbəsində evdən ata və qızının meyiti tapılıb. Bu hadisə ölkədə ciddi rezonansa səbəb olub.   Sfera.az xəbər v...

Nyu-York su altında qaldı - Fövqəladə vəziyyət elan olundu - FOTO

ABŞ-nin şərq sahilini vuran güclü fırtınalar Nyu-York və ətraf ərazilərdə həyatı iflic edib. Şəhərdə metrolar, küçələr və nəqliyyat infrastrukturu su altında qa...

İpotekada olan evlərin satışında yeni QAYDALAR

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin...

“Sülh vaxt tanımır” – Putin Ukrayna barədə danışdı

Rusiya Prezidenti Vladimir Putin Valaam adasına səfəri zamanı Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib.    Sfera.az xəbər verir ki, Kremlin m...

İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu – FOTO

İran dövlət televiziyasında "IRIB News"un tanınmış xəbər aparıcısı Səhər Emami "X" sosial şəbəkəsində etdiyi paylaşımla gündəmə gəlib. &n...