14 yaşlı qızla cinsi əlaqəyə girən azərbaycanlıya - Prokuror 25 il iş istədi

14 yaşlı qızla cinsi əlaqəyə girən azərbaycanlıya -  Prokuror 25 il iş istədi

Türkiyədə 14 yaşlı qızla internetdə tanış olub, evlənmək üçün cinsi əlaqəyə girən azərbaycanlı Əhməd Quliyevə prokuror iş istəyib. 

 Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar istintaqı tamamlayan Respublika Prokuroru iddianamə hazırlayıb. Prokuror  Quliyev haqqında 25 ilə qədər həbs cəzası tələb edib. 

Qeyd edək ki, Naxçıvan şəhərində yaşayan 26 yaşlı mühasib Əhməd Quliyev Adanada yaşayan 14 yaşındakı 8-ci sinif şagirdi ilə 1 il əvvəl internetdə tanış olub. 

Bir müddət sonra Əhməd Adanaya gələrək qızla görüşüb. Əhməd evlənmək istədiyini deyib, ancaq qızının azyaşlı olduğunu deyən ana buna mane olub. Daha sonra münasibətlərini davam etdirən cütlük görüşmək qərarına gəlib və adanalı qız xalasıgilə getmək bəhanəsiylə evdən çıxıb.

İddiaya görə, qız Əhmədə cinsi əlaqəyə girsələr anasının evlənmələri üçün icazə vermək məcburiyyətində qalacağını deyib. Əhməd də bu təklifi qəbul edib. Hadisəni öyrənən ana qızından evə qayıtmasını istəyib və Əhmədi polisə şikayət edib. 

Əhməd izahatında hər şeyi danışıb və qızın ona yaşının 18 dediyini vurğulayıb.  (“qafqazinfo”)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Nyu-York su altında qaldı - Fövqəladə vəziyyət elan olundu - FOTO

ABŞ-nin şərq sahilini vuran güclü fırtınalar Nyu-York və ətraf ərazilərdə həyatı iflic edib. Şəhərdə metrolar, küçələr və nəqliyyat infrastrukturu su altında qa...

İpotekada olan evlərin satışında yeni QAYDALAR

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin...

“Sülh vaxt tanımır” – Putin Ukrayna barədə danışdı

Rusiya Prezidenti Vladimir Putin Valaam adasına səfəri zamanı Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib.    Sfera.az xəbər verir ki, Kremlin m...

İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu – FOTO

İran dövlət televiziyasında "IRIB News"un tanınmış xəbər aparıcısı Səhər Emami "X" sosial şəbəkəsində etdiyi paylaşımla gündəmə gəlib. &n...

7 min hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb...

Vüqar Qurbanovdan yeni təyinatlar- SİYAHI

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.   Sfera.az xə...