Tıxac yaranmaması üçün gələn ay iş saatları dəyişdiriləcək - VİDEO

Tıxac yaranmaması üçün gələn ay iş saatları dəyişdiriləcək -  VİDEO
Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi bir daha işə götürənlərə müraciət edib

Yeni tədris ilinin başlamasına az bir müddət qalıb. Bu vaxtda isə yarana biləcək tıxacların qarşısının alınması üçün bəzi özəl və bank sektorlarına müraciət edilib. Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi bir daha işə götürənlərə müraciət edib. İşə götürənlərə iş saatlarının dəyişdirilməsiylə bağlı artıq müraciət ünvanlanıb. Dövlət əmək müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə bildirdi ki, bu əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Sözügedən tövsiyyəyə artıq avqust ayından tətbiq olunmağa başlanılıb. Hazırda isə hansı şirkətlərin tövsiyəyə əməl edib-etmədiyi sentyabr ayının əvvəlində bilinəcək. Bakı şəhərində ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq və avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq məqsədilə iş vaxtının özəl sektorda saat 07:30 - 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunub. “İş vaxtının dəyişdirilməsi əmək məcəlləsinə uyğun bir şəkildə həyata keçirilməlidir. Yəni burada işçilərin iş vaxtı və nahar fasiləsiylə bağlı vaxt dəyişdirilməməlidir. Nahar fasiləsi bir saatdırsa, bu dəyişdirilməməlidir. Gündəlik 8 saatlıq iş saatı nəzərdə tutulubsa, bu dəyişdirilməməlidir. Sadəcə olaraq özəl sektorda iş bir qədər tez başlasın. Təbii ki, dövlət və büdcə təşkilatları saat 9-da, bank sektoru isə saat10-da”, – deyə DƏMX-nin rəisi Fuad Əlizadə bildirib.

Artıq Təhsil Nazirliyi də Nazirlər Kabinetinə məktəblərdə dərs vaxtının dəyişdirilməsilə bağlı təklif göndərib.  Təklifdə bildirilir ki, yuxarı siniflərin bir az erkən, məsələn saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirililsin.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Nyu-York su altında qaldı - Fövqəladə vəziyyət elan olundu - FOTO

ABŞ-nin şərq sahilini vuran güclü fırtınalar Nyu-York və ətraf ərazilərdə həyatı iflic edib. Şəhərdə metrolar, küçələr və nəqliyyat infrastrukturu su altında qa...

İpotekada olan evlərin satışında yeni QAYDALAR

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin...

“Sülh vaxt tanımır” – Putin Ukrayna barədə danışdı

Rusiya Prezidenti Vladimir Putin Valaam adasına səfəri zamanı Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib.    Sfera.az xəbər verir ki, Kremlin m...

İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu – FOTO

İran dövlət televiziyasında "IRIB News"un tanınmış xəbər aparıcısı Səhər Emami "X" sosial şəbəkəsində etdiyi paylaşımla gündəmə gəlib. &n...

7 min hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb...

Vüqar Qurbanovdan yeni təyinatlar- SİYAHI

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.   Sfera.az xə...