Azərbaycan ordusunun mövqeləri minaatan və iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycan ordusunun mövqeləri minaatan və iriçaplı pulemyotlardan atəşə tutulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 158 dəfə pozub. 

Sfera.az xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Nazirlikdən bildirilib ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Novruzlu, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


OXŞAR XƏBƏRLƏR

Qarabağa səfər edənlər “E-Polis”dən icazə ala bilər

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı ol...

Nyu-York su altında qaldı - Fövqəladə vəziyyət elan olundu - FOTO

ABŞ-nin şərq sahilini vuran güclü fırtınalar Nyu-York və ətraf ərazilərdə həyatı iflic edib. Şəhərdə metrolar, küçələr və nəqliyyat infrastrukturu su altında qa...

İpotekada olan evlərin satışında yeni QAYDALAR

Məhkəməyə müraciət edilmədən ipoteka predmetinin satışı yeni qaydada həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin...

“Sülh vaxt tanımır” – Putin Ukrayna barədə danışdı

Rusiya Prezidenti Vladimir Putin Valaam adasına səfəri zamanı Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib.    Sfera.az xəbər verir ki, Kremlin m...

İranlı aparıcının paylaşımı müzakirələrə səbəb oldu – FOTO

İran dövlət televiziyasında "IRIB News"un tanınmış xəbər aparıcısı Səhər Emami "X" sosial şəbəkəsində etdiyi paylaşımla gündəmə gəlib. &n...

7 min hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb...