Logo

İlham Əliyev bu nazirə general rütbəsi verdi - FOTO

İlham Əliyev bu nazirə general rütbəsi verdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident bununla bağlı müvafiq sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Hüseyn oğlu Əhmədova general-leytenant hərbi rütbəsi verilib.

Bu barədə prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Əhməd Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib.

2000-ci ildə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 16 iyun, 2000-ci il tarixli fərmanı ilə Naxçıvan MR daxili İşlər naziri təyin edilib.

Əhməd Əhmədov Ailəlidir. Dörd övladı var. 

Sfera.azİlham Əliyev bu nazirə general rütbəsi verdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR