Logo

Kartlara pul yükləmə vaxtına saatlar qaldı

Kartlara pul yükləmə vaxtına saatlar qaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq sabahdan köhnə metro kartlarına gediş haqqı yükləmək mümkün olmayacaq

Avqustun 31-dən etibarən köhnə metro kartlarına ödəniş edilməsi dayandırılacaq.

Bunun ANS PRESS-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə köhnə metro kartlarına ödəniş edilməsi dayandırılsa da vətəndaşlar kartın daxilindəki vəsaitdən sentyabr ayının 30- a kimi yararlana biləcəklər.

"Sentyabr ayının 30-dək sərnişinlər yeni kartlara əvvəlki kartlardakı vəsaiti də transfer edə biləcəklər.Bunun üçün onlar yeni aldıqları kartla köhnə kartla birlikdə xəzinədara yaxınlaşmalıdırlar". 

Kartlara pul yükləmə vaxtına saatlar qaldı
Yeni metro kartları

Yeni kartlar həm daimi,həm də müvəqqətidir.Onlardan biri plastik kartdır. Plastik kart daimi olaraq istifadə edilməsi üçün nəzərdə tutulub. Belə ki, plastik kartın istifadəsi zamanı vaxt məhdudiyyəti yoxdur. Digəri isə məhdud istifadə üçün nəzərdə tutulan kağız “BakıKart” kartlarıdır. Bu kart isə maksimin 4 dəfə gediş yükləmək mümkündür. İstifadə etdikdən sonra bu kartı atmaq olar. Kartların qiymətinə gəlincə, plastik kartların qiyməti 2 manat, məhdud istifadə üçün nəzərdə tutulan kağız kartın dəyəri isə 20 qəpikdir. 

Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə, avqustun 8-də başlanılıb. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür. 
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR