Logo

Bakıda sabiq polisi güllələyən məmur oğludur

Bakıda sabiq polisi güllələyən məmur oğludur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda sabiq polisi qətlə yetirən Rövşən Həsənovla bağlı maraqlı fakt məlum olub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Nadir İbrahimovu bir neçə gün əvvəl "Lexus" markalı maşınında güllələyən Rövşən Həsənovun atası yüksək vəzifəli dövlət məmurudur. Onun atası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovdur.

Məlumat üçün bildirək ki, Nadir İbrahimov müğənni Azər Zeynalovun qaynı, Rövşən isə SAB kolbasa zavodunun direktoru hacı Sabirin kürəkənidir.

Mərhum N.İbrahimovun yaxınlarından Milli.Az-a bildirildi ki, R.Həsənov bir müddət əvvəl də adam öldürüb. İddiaya görə, o, avtomobili ilə bir piyadanın həyatına son qoyub. Eyni zamanda, Rövşən qanunsuz silah gəzdirirmiş.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR