5 milyon 250 min bildiriş hazırlanıb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Sfera.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bugünkü iclasda çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin mlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası barədə məlumat verib. O qeyd edib ki, indiyə kimi 5 milyon 250 min bildiriş hazırlanıb.
MSK katibi Arifə Muxtarova partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə məlumat verib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasından 158 nəfər, Vətəndaş Həmrəyliyi Partiyasından 7 nəfər, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından isə 10 nəfər səlahiyyətli şəxs təsdiq edilib. Hər üç partiyadan isə bir nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təsdiq edilib.
Bugünkü iclasda həmçinin, 105 saylı Tovuz, 92 saylı Zərdab-Ucar, 122 saylı Xankəndi seçki dairələrinin tərkibində dəyişiklik edilib.






