Logo

Cavid Hüseynov həbsdə qaldı – Qərar

Cavid Hüseynov həbsdə qaldı – Qərar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Qəbələ” futbol klubunun hazırda həbsdə olan futboçusu Cavid Hüseynovun apelyasiya şikayətinə baxılıb.

C.Hüseynovun vəkili Adəm Məmmədov “qafqazinfo”ya açıqlamasında bildirib ki, Səbail Rayon Məhkəməsinin C.Hüseynov haqda həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinin təmin olunmaması barədə qərarından apelyasiya şikayəti verilib

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda vəsatət təmin edilməyib. Cavid Hüseynov həbsdə qalıb.

Qeyd edək ki, Cavid Hüseynovun jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 307-ci (Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirib və Səbayıl Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR