Bakının avropalaşan ictimai nəqliyyat sistemi
Son illər Bakıda ən çox müzakirə olunan mövzulardan biri paytaxtınictimai nəqliyyat sistemi olub. Yaşanan bəzi problemlər fonunda bu sistemin işi əhalidə böyük narazılıqdoğururdu.Bu sahədə fəaliyyət göstərənbəzi işbazlar əhalinin rahatlığı deyil, ilk növbədə öz mənafelərini güdərək, sərnişindaşınmasistemində bir xaos yaratmışdılar.Bakının Avropa paytaxtlarıilə eyni səviyyədə inkişaf etməyi qarşısına məqsəd qoyması əlbəttə ki, ictimainəqliyyat sahəsində də müvafiq islahatların aparılmasını, paytaxtın ictimai nəqliyyatınınAvropa ölkələri ilə eyni səviyyəyə çatdırılması üçün işlər görülməsini zəruriedirdi.Və bu yöndə atılan ilkaddımlardan biri Azərbaycanın Nəqliyyat Nazirliyində həyata keçirilən kadrislahatları oldu.Qısa bir vaxtda nazirliyinmüvafiq bölmələri paytaxtda ictimai nəqliyyatda qayda-qanunlara riayət etməyənsürücülər, sərnişindaşımanı həyata keçirən hüquqi şəxslərə qarşı effektiv reydlərəbaşlayıblar.Avqustun ikinci yarısından etibarənkeçirilməyə başlayan və müntəzəm olaraq davam edən bu reydlər nəticəsində yüzlərləsürücü cəzalandırılıb, işinin öhdəsindən gəlməyən şəxslər isə vəzifəsindən azadedilib.Belə ki, avqustun 24-dəkeçirilən reydlər zamanı 1 avtobus sürücüsü avtobusu sənədsiz idarə etdiyiüçün, 8 avtobus sürücüsü avtobusu qapını açıq idarə etdiyi üçün, digər 86avtobus sürücüsü isə dayanacaqdan kənarda avtobusu saxlayaraq sərnişingötürdüyü üçün cərimələnib.Baş verənlərin fonundaartıq Bakı sakinləri avtobus sürücülərinin kütləvi şəkildə zəruri formanıgeyindiklərini, avtobusda siqaret çəkilməsi və telefon danışıqlarına sonqoyulmasını müşahidə edirlər.Digər tərəfdən, nazirliyinmüvafiq strukturları paytaxtın ictimai nəqliyyat sistemində qayda-qanununyaradılması işinə vətəndaşları da cəlb etməkdə maraqlıdır.Belə ki, vətəndaşlaraünvanlanan müraciətlərdə onlardan avtobus dayanacağında digər nəqliyyat vasitələrinindayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda vədayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativfaktorlara biganə qalmayaraq, belə hallarla rastlaşdıqda, dərhal yaradılmışqaynar xətt nömrələrinə müraciət etmək xahiş olunur.Əlbəttə aparılan zəruriislahatlar paytaxtın ictimai nəqliyyat sisteminin sürətli inkişafı üçün nəzərdətutulub və artıq qeyd etdiyimiz kimi, sürətlə öz bəhrəsini verməkdədir. NəqliyyatNazirliyinin Bakıda sərnişindaşıma ilə məşğul olan müvafiq bölmələrinin rəhbərşəxslərinin bəyanatları isə bunu deməyə əsas verir ki, tədbirlər sonadəkaparılacaq – məqsəd Bakının ictimai nəqliyyat sistemini Avropa paytaxtları iləeyni səviyyəyə çatdırmaqdır və qısa bir zamanda buna nail olunacaq.Lakin digər tərəfdən onu daqeyd etmək lazımdır ki, ictimai nəqliyyat sistemi çox mürəkkəbdir – o, təkcə sürücülərvə sərnişindaşımanı həyata keçirən şirkətlər, bu işə nəzarət edən dövlətqurumlarından yox, həm də vətəndaşlardan – sərnişinlərdən ibarətdir. Öz növbəsində sərnişinlərində qaydalara riayət etmələri, həmçinin sürücülərdən də qaydaları pozmamağı tələbetmələri vacibdir – çox təəssüf ki, Bakıda avtobusu dayanacaqdan kənardasaxlamaq istəməyən sürücünün vətəndaşın – sərnişinin təzyiqi ilə üzləşdiyihallar da olub.Hazırda paytaxtın ictimai nəqliyyatsisteminə nəzarəti keçirən dövlət qurumları, xüsusilə də Nəqliyyat Nazirliyininəsas məqsədi qısa bir vaxtda Bakının sərnişindaşıma sistemini ən yüksək səviyyəyəçatdırmaqdır.Görülən işlər isə onu deməyə əsas verir ki, artıq bu ilin sonunadək Bakınınictimai nəqliyyat sistemi London yaxud Parisin eyni sistemindən heç nə ilə fərqlənməyəcək– müasir avtobuslar, qayda-qanunlara tam şəkildə riayət edən sürücülər vəictimai nəqliyyatda vətəndaş məsuliyyətini unutmayan sərnişinlərin köməyi ilə.






